“Allstar Şirkəti tərəfindən hal-hazırda həyata keçirilən layihə, Sumqayıt şəhəri “Azərikimya”

demo
Yanvar 17, 2017

“Allstar Şirkəti tərəfindən hal-hazırda həyata keçirilən layihə, Sumqayıt şəhəri “Azərikimya”

Allstar Şirkətinin hal-hazırda  həyata keçirdiyi iri miqyaslı layihələr  sırasında “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının əsaslı təmiri işləri (səhnə və tamaşaçı zalının işıq,səs,akustika sistemlərinin və səhnənin mexaniki avadanlıqlarının quraşdırılması) əsas yerlərdən birini  tutur.

Səhifəmizə əlavə etdiyimiz  3D təsvirlərdə göründüyü kimi,  “Kimyaçı” mədəniyyət sarayında  səs izolyasiya sisteminin yaradılması məqsədi ilə Türkiyə istehsalı olan Akustik panellərdən istifadə edərək Şirkətimiz tərəfindən tamaşaçı zalında quraşdırma işləri aparılır.

“Kimyaçı” mədəniyyət sarayının tamaşaçı zalında  quraşdırdığımız da-lite markalı Proeksiya kinoekranında  video görüntünün təsviri edilməsi üçün Panasonic markalı  proyektordan istifadə edirik.

“Kimyaçı” mədəniyyət sarayında  təşkil ediləcək konsert və dövlət  tədbirləri  zamanı,  yüksək keyfiyyətli  səsin əldə edilməsi məqsədi ilə səsgücləndirmə sisteminin qurulması üçün   Almaniyanın tanınmış brendi sayılan Bosch Şirkətinə aid Electrovoice və Dynacord markalı səsgücləndirmə sistemini  tamaşaçı zalında  qurawdırırıq.

“Kimyaçı” mədəniyyət sarayının səhnəsində  həmçinin sofit ferma və işıq ramaları, Dekorasiya qaldırıcı qurğular, səhnə işıq sisteminın quraşdırılması şirkətimiz tərəfindən həyata keçirilir.

“Kimyaçı” mədəniyyət sarayının səhnəsində, pərdə sisteminin qurulması üçün ,  yüksək keyfiyyətli  yanğına  davamlı Türkiyə istehsalı olan parçalardan Pərdələr  tikdirilərək şirkətimiz tərəfindən səhnədə qurulması təmin edilir.