Haqqımızda

“Allstar” şirkəti Azərbaycanda sistemli inteqrasiya ilə məşğul olan, peşəkar audio-video, yayım və kino avadanlıqlarının ölkə ərazisinə gətirilməsi və servis xidmətlərini peşəkar səviyyədə həyata keçirən ilk və yeganə şirkətdir. Şirkət öz fəaliyyətini 1995-ci ildə “Azman” adı altında başlamış və 2009-cu ildə əsas fəaliyyət dairəsi sistemli inteqrasiya və təhlükəsizlik sistemlərinin satışı olan “Panavision” şirkəti ilə birləşərək “Allstar” adı ilə dəyişdirilmişdir. “Allstar” şirkəti bu gün Azərbaycan bazarında peşəkar audio-video avadanlıqları sahəsində ən çox çeşid təklif edən və öz müştəriləriylə peşəkar səviyyədə işgüzar əlaqələri uğurla davam etdirən aparıcı şirkətdir. Şirkətimizdə çalışan yüksək ixtisaslı mütəxəssislər layihələrin həlli üzrə ən yeni informasiya texnologiyalarını müvəffəqiyyətlə tətbiq edir, yüksək peşəkar quraşdırma qrupu isə operativ və keyfiyyətlə onları reallaşdırır. “Allstar” şirkəti ölkənin aparıcı televiziya kanalları və dövlət təşkilatları üçün əhəmiyyətli olan çox saylı layihələri müvəffəqiyyətlə həyata keçirmişdir. Şirkətimiz həmçinin müvəffəqiyyətlə xırda və orta bizneslə işləyərək sifarişlərin və layihələrin həcmindən asılı olmayaraq onları ən yüksək səviyyədə, standartlara uyğun həyata keçirməyə müvəffəq olur.“Allstar” şirkəti Sony, Jvc, Panasonic, Mitsubishi, Manfrotto, Sachtler, Robe, Ligt Sky,Midas, Shure, Sennheiser, Electro Voice, Dynacord, Taiden, RCS, Tascam, Tasso, Proel, Movitech, Kramer, Everts, TVU, Film Gear və Generic kimi ən mühüm teleradio-yayım, təhlükəsizlik sistemləri, kino, video və audio sənayesi üzrə istehsalçılarla əməkdaşlıq edir.“Allstar” Şirkəti öz müştərilərinə bütün növ xitmətlərin, layihələşdirməsi, təchizatın çatdırılma və quraşdırılması, işçi personalının təlimatlandırılması, zəmanət və zəmanətdən sonrakı xidmətlərin göstərilməsi imkanlarını yaradır. Bizim servis mərkəzimiz Azərbaycan bazarında təmsil etdiyimiz peşəkar təchizatların təmirini yüksək keyfiyyətlə həyata keçirir. Servis Mərkəzinin mütəxəssisləri dünyanın ən yaxşı servis mərkəzlərində təlimlər və treyninqlər keçərək bugünkü gündə Azərbaycan bazarının tələblərini tamamilə qarşılayırlar. Rəqəmsal texnologiyaların köklü şəkildə sənayenin əsas sferalarına daxil olduğu bir zamanda, “Allstar” şirkətinin əsas məqsədi özünü daima təkmilləşdirmək və yeni müasir tələblərə cavab verməkdir. “Allstar” Şirkəti fəaliyyəti dövrü ərzində illər boyu qazandığı bilik və təcrübəni öz partnyorlarının maraqları və rahat rifahı naminə istifadə etmək üçün hər zaman hazırdır.